Hadisə

Bakıda ata oğlu tərəfindən bıçaqlandı

Bakıda ata oğlu tərəfindən bıçaqlandı
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Kanal14.az bildirir ki, rayonun 9-cu mikrorayon ərazisində Bakı şəhər sakini Şahlar Əsgərov bıçaqlanıb.
 

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Onun vəziyyətini orta-ağır olduğu bildirilir.

Araşdırmalar zamanı Şahlar Əsgərovun oğlu tərəfindən bıçaqlandığı məlum olub. Hadisəni törədən şəxs həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
(Big.az)