Hadisə

Sabirabadda 16 yaşlı qız özünü asdı

Sabirabadda yeniyetmə qız inthar edib.

Kanal14.az bildirir ki, rayonun Şəhriyar kənd sakini Məleykə Elşən qızı Əliyeva özünü yaşadığı evin həyətindəki ağacdan asıb.

Hadisə yerinə hüquq- mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

(Virtualaz.org)