Hadisə

Nehrəmdə avtobus aşdı

Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində yol qəzası baş verib.

Kanal14.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, iyulun 6-sı saat 7 radələrində Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində qəsəbə sakini C.Vahabov idarə etdiyi "İsuzu” markalı avtobusu qaz borusuna və rabitə dirəyinə vurub aşırıb.

Nəticədə C.Vahabovun sərnişini Yusif Zeynalov hadisə yerində ölüb.

Babək Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır