Hadisə

Bakıda gizli fəaliyyət göstərən restoran aşkar edildi

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində Pirşağı qəsəbəsində yerləşən "Balıq evi” kafesinin karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi aşkar olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, polis tərəfindən obyekt sahibi Mehdi Əliyev və orada olan 7 müştəri saxlanılaraq polis bölməsinə gətirilib.

Bölmədə obyekt sahibi və müştərilər polis tərəfindən tibbi maskalarla təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1 500 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.