Hadisə

Evindən külli miqdarda narkotik tapıldı


Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər.

Kanal14.az bildirir ki, DİN mətbuat xidmətindən Lent.az -a verilən xəbərə görə, nəticədə F.Məmmədovun Kəpəz rayonu ərazisindəki evinin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 52 ədəd çətənə kolu, evindən isə 4 kiloqram 830 qram marixuana aşkar edilərək götürülüb.