Hadisə / Dünya

Türkiyədə sel fəlakəti: ölənlər var

Türkiyənin Bursa vilayətinin Kestel rayonunda sel səbəbi ilə 5 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə Bursa Valiliyi məlumat yayıb.

Bildirilir ki, yağış sularının evə dolması nəticəsində fiziki qüsurlu bir şəxs boğularaq həyatını itirib:

"Bundan başqa, Kestel rayonunun Qayacıq məhəlləsində bir ailənin 7 üzvünü sel aparıb.

Onlardan 2-si öz imkanları ilə xilas ola bilib, 5 nəfər isə sulara qərq olub. Bunların arasından 1 qız uşağının cansız bədəni tapılıb. Digərlərinin axtarışı isə davam etdirilir”.