Hadisə

Mağazadan bahalı saat oğurlandı

Oğurluq etdiyinə görə tutulan S.Pənahovun ətrafında Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri aparıb.

Kanal14.az bildirir ki, Daxili İşlər Nazirliyindən Lent.az -a verilən xəbərə görə, nəticədə onun rayon ərazisindəki 3 mağazadan ümumilikdə 1930 manat pul, 10 min manat dəyərində 6 ədəd qol saatı, 600 manat dəyərində saat kəmərləri, danışıq kartları və tütün məmulatı oğurlaması da müəyyən edilib.