Hadisə

82 yaşlı sürücü maşını ağaca çırpdı

Şəmkirdə sükan arxasında infarkt keçirən sürücü maşını ağaca çırpıb.

Kanal14.az bildirir ki, APA-nı yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün baş verib.

Rayon sakini, 82 yaşlı Hüseynov Fərman Qələndər oğlu özünə məxsus "VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında infarkt keçirib. Nəticədə avtomobil ağaca çırpılıb.

 

Sürücünün ürək tutmadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.