Hadisə

Kürdəmirdə yol qəzasına uğrayan sürücünün bıçaqlandığı məlum olub

Kürdəmirdə yol qəzasına uğrayan sürücünün bıçaqlandığı məlum olub

Kürdəmir rayonunda baş verən yol qəzasında xəsarət alan sürücünün bıçaqlandığı məlum olub.

Kanal14.az-ın Mərkəzi Aran bürosunun məlumatına görə, Qaradağ rayonu Ələt qəsəbə sakini, 1964-cü il təvəllüdlü Səmədov Yaşar Əmirağa oğlu idarə etdiyi "Opel” markalı avtomobil ilə Bakı istiqamətində hərəkətdə olarkən Ucar rayonu ərazisində avtomobilinə mindirdiyi 3 şəxs arasında naməlum səbəblərdən mübahisə yaranıb.

Mübahisə zamanı sürücü bıçaqlı hücuma məruz qalıb. Bu zaman o avtomobilə idarəetməni itirərək nəqliyyat vasitəsini beton maneəyə çırpıb. Nəticədə Y.Səmədov sağ çiyin oynağının, sağ bazunun (12 ədəd), sağ əlin, sol saidin və sol əlin (2 ədəd) kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Report