ABŞ polisi qoca kişiyə ağır xəsarət yetirdi
ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində etirazçıları dağıtmağa çalışan polis qoca kişini itələyərək onu ölümlə üz-üzə qoyub.
Hadisənin görüntüləri WBFO kanalının "YouTube” səhifəsində yayımlanıb.
Kadrlarda iki polis əməkdaşının onlara doğru gələn yaşlı kişini itələyərək, yerə yıxması əks olunub.
İnsident nəticəsində 75 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini kafi qiymətləndirirlər.
İnsidentə səbəb olan iki polis əməkdaşı işindən uzaqlaşdırılıb.