Hadisə

Göyçay sakini özünü körpüdən çaya atdı - FOTOLAR

Göyçay sakini özünü körpüdən çaya atdı -

Göyçay rayonunda intihar edən şəxsin kimliyi məlum olub.

Kanal14.az Metbuat.az-a istinadən xəbər verir ki,, həmin şəxsin rayonun Göyçay şəhərində yaşayan 1967-ci il təvəllüdlü Məmmədov Elçin Niman oğlu olduğu müəyyənləşib. Onun ayrı-ayrı adamlara pul borcu olduğuna görə özünə qəsd etdiyi bildirilir.

Hadisə bu gün səhər saat 08:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən körpüsündə qeydə alınıb.

O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.