Hadisə

Şamaxıda piyadanı maşın vurub

http://olke.az/uploads/1553979241/rftghfbdfghj.jpg
Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Kanal14.az" report-a istinadən bildirir ki, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxıdan keçən hissəsində qeydə alınıb. 

Magistral yolda hərəkət edən avtomobil Şamaxı rayon sakini 41 yaşlı Şəfayət Hacıyevi vurub. Ağır bədən xəsarətləri alan piyada, ətrafdakıların köməkliyi ilə dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.