Hadisə

Qaxda vurulan piyada 5 gün sonra xəstəxanada ölüb

Qaxda yolu keçən piyadanı avtomobil vurub.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, avqustun 31-də saat 18 radələrində Qax rayonunun Qorağan kəndi ərazisində Rasim Məmmədov idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolu keçən rayon sakini Adilə İsayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 6-da orada ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.