Hadisə

Keçmiş məhkum yenidən tutuldu

Sumqaytıda avtomobildən oğurluq edilib.

Kanal14.az bildirir ki, Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verib ki, mayın 17-də şəhər ərazisində "Toyota” markalı avtomobildən 800 manat oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Abbasov saxlanılıb.