Hadisə

Kürdə tapılan meyitin kimliyi məlum olub (YENİLƏNİB)

Avqustun 29-da Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 20 yaşlı Quliyev Elxan Vüsal oğlunun axtarışları başa çatıb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, FHN-dən verilən məlumata görə, Axtarışlar zamanı aşkar edilmiş meyitin E.Quliyevə aid olduğu müəyyən olunub.