Hadisə

Maşın vuran qadın...

 
 
 

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Şəhər sakini, 52 yaşlı Əliyeva Nazilə Abdulla qızı yolun piyada üçün nəzərdə tutulmayan hissəsindən keçərkən "Hyundai” markalı avtomobil onu vurub.

 

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.