Hadisə

DSX-dan "Qırmızı Körpü" Sərhəd Keçid Məntəqəsində ölumlə nəticələnən qəza ilə bağlı açıqlama

Dövlət Sərhəd Xidmətinin "Qırmızı Körpü" Sərhəd Keçid Məntəqəsində ölümlə nəticələnən qəza baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, sərhəd-keçid məntəqəsinin Azərbaycana aid hissəsində TIR markalı yük maşını yoxlanış üçün saxlanılıb.

 

Sürücü yük maşınından düşüb sənədlərini təqdim edərkən dayanmış vəziyyətdə olan yük maşınının əyləc sistemində qəfil problem yaranıb və TIR öz-özünə hərəkətə başlayəb. Nəticədə TIR qarşısında olan Dövlət Sərhəd Xidmətinin gizir rütbəli hərbi qulluqçusunu vurub.

Gizir aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət işi başlanıb, araşdırma aparılır