Hadisə / Dünya

Ermənistanda atışma olub

Ermənistanın Vaqarşapat (Eçmiədzin) şəhərində gecə saatlarında atəş səsləri gəlib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, polis atışmanın bir neçə nəfərin iştirakı ilə baş verdiyini müəyyən edib.

 

Hadisə yerində 7,62 mm kalibr gilizlər və rezin dəyənəklər tapılıb.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.