Hadisə

Qadın sərnişini qorumaq istəyərkən böyük şok yaşadı - MARAQLI...

Qadın sərnişini qorumaq istəyərkən böyük şok yaşadı - MARAQLI...
 
 
 
 
 
 
 
 

 
 
 
 

 
Rusiyada avtobus sürücüsü ilə mübahisə edən qadın sərnişini qorumaq istəyən adam sürücü tərəfındən döyülüb. 

Kanal14.az xəbər verir ki, hadisə Rusiyanın Ufa şəhərində baş verib. Avtobusa minən Anna adlı qadın gediş haqqını kredit kartı ilə  ödəyib. Ödənişdən sonra qəbzə baxan qadın kartdan gediş-haqqı qiymətindən artıq miqdarda pul çıxarıldığını görüb və vəziyyəti sürücüyə bildirib. 

Sürücünün qadınla razılaşmaması ilə mübahisə böyüyüb və sürücü qadını təhqir etməyə başlayıb. Bu zaman qadın sərnişini qorumaq istəyən bir kişi sərnişin də mübahisəyə qoşulub. Bundan sonra sürücü avtobusu dayandırıb və qadını qorumağa çalışan adama hücum etməyə başlayıb. 

Bir müddət avtobusun içində davam edən əlbəyaxa davanın sonunda avtobus sürücüsü adamı avtobusdan bayıra atıb. Baş verənlərdən sonra sürücü haqqında istintaq başlanılıb./Moderator.az