Hadisə

Qanunsuz alma daşıyan azərbaycanlını sərhəddə SAXLADILAR

Qanunsuz alma daşıyan azərbaycanlını sərhəddə SAXLADILAR
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Yük maşınında qanunsuz olaraq tonlarla alma daşıyan Azərbaycan vətəndaşı Belarus-Rusiya sərhədində saxlanılıb.

Məlum olub ki, onun idarə etdiyi yük avtomobilində embarqo altında olan 10 tona yaxın alma olub. Sürücünün yükü daşımaq üçün müvafiq sənədləri olmayıb.

 

Azərbaycan vətəndaşı sərhəddə dayanmış naryaddan gizlənməyə çalışarkən qəza törədib. Yük maşını yoldan çıxaraq dərəyə düşüb.

Müvafiq araşdırmadan sonra mala və daşıyıcıya qarşı qərar qəbul ediləcək.

Xatırladaq ki, azərbaycanlı bundan əvvəl dəfələrlə gömrükdə saxlanılıb./XeberEkspress