Azərbaycanlı iş adamı deportasiya edildi
Belarusun Qrodno şəhərində fəaliyyət göstərən özəl şirkətin direkoru olan Azərbaycan vətəndaşı miqrasiya qanunvericiliyini pozduğuna görə ölkədən deportasiya edilib.
Qeyd olunur ki, Azərbaycan vətəndaşı Qrodno rayonu ərazisində, şirkəti isə Qrodno şəhərində qeydiyyatdan keçib. Xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanları azərbaycanlının əslində yaşadığı Vitebsk vilayətində bizneslə məşğul olduğunu müəyyən edib.
Həmvətənimiz daha əvvəl də oxşar pozuntulara görə inzibati məsuliyyətə cəlb olunduğundan bu dəfə onun Belarusdan deportasiya edilməsi və ölkəyə girişinə 6 ay müddətinə qadağa qoyulması barədə qərar qəbul olunub.