Hadisə

Qonşusu 27 yaşlı gəncin qanını tökdü

Qonşusu 27 yaşlı gəncin qanını tökdü
 
 
 
 
 
 
 

 

 
 
 

Sabunçu rayonunda 27 yaşlı oğlan bıçaqlanıb. Hadisə Ramana qəsəbəsində baş verib. 

Kanal14.az bildirir ki, 1992-ci il təvəllüdlü Balakişiyev Fəqan Teyyub oğlu qonşusu tərəfindən bıçaqlanıb. 

Sağ kürək nahiyəsindən bir neçə bıçaq xəsarəti alan yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır./Oxu.az