Hadisə

İstanbul İmamoğlunun qələbəsini qeyd edir – Video + Fotolar

İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində qalib gəmiş CHP lideri Əkrəm İmamoğlunun qələbəsini qeyd etmək üçün yüzlərlə şəhər sakini küçələrə axışıb.

"Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sakinlər CHP namizədinin qalibiyyətini alqışlarla qarşılayıb. Onlar küçələrdə toplaşaraq, əllərində Türkiyə bayraqları tutublar.

Qeyd edək ki, Əkrəm İmamoğlu 54,3 % səslə əsas rəqibi Binəli Yıldırıma qalib gəlib.