Hadisə

4 uşaq anasını maşında zorlamağa çalışdı - CƏZASI BİLİNDİ

 
 
4 uşaq anasını zorlamağa cəhddə təqsirləndirilən Əhməd Qəribovun məhkəməsi bitib.

İttihama görə, Əhməd Qəribov dostları ilə birlikdə qadınla İsmayıllıda yeyib-içiblər. 

Gecə vaxtı İsmayıllıdan Şamaxıya qayıtmaq üçün yola çıxıblar. Bu zaman Əhməd qadınla cinsi münasibətdə olmaq eşqinə düşüb. Qadına onunla cinsi münasibətdə olmaq istədiyini desə də, razılıq ala bilməyib. Qadın maşından düşərək piyada öz kəndlərinə doğru getməyə başlayıb. Lakin bundan sonra Əhməd ona fiziki zorakılıq edib, maşının arxa oturacağına uzandıraraq zorlamağa çalışıb. Qadın ona təpiklə müqavimət göstərib, əlindən qaçaraq polisə müraciət edib. Bundan sonra Əhməd Qəribov həbs edilib.

Ona Cinayət Məcəlləsinin 29.149 (zorlamağa cəhd) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Qəribov 6 il müddətə azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan Əhməd Qəribov apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsində onun cəzasından 1 il götürülüb. 

Lakin bu hökmlə razılaşmayan təqsirləndirilən şəxs Ali Məhkəməyə kassasiya şikayəti verərək işin yenidən araşdırmasını istəyib.

Ali Məhkəmədə işə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.Bakupost