Hadisə

Azərbaycanda 3 gün ərzində 71 əc­­nə­bi saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən üç gün ərzində qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı müxtəlif ölkələrin vətəndaşları olan 71 əc­­nə­bi sax­­­la­nıl­ıb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DMX-dən verilən məlumata görə, onlardan 10 nəfərinin Azərbaycan ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, 8-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 53 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

 

Saxlanılmış əcnəbilərdən 51-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respub­li­ka­­sı hü­dud­la­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.