Hadisə

Kəramət Böyükçölü Bakıda kafedə DÖYDÜLƏR

Gənc şair Kəramət Böyükçölün (Nəcəfov) Bakıda kafedə döyülməsinə aydınlıq gətirilib.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, yazıçını dostu Şamil Paşayev Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə müraciət edib.

O, bildirib ki, aprelin 11-də dostu Kəramət Böyükçöllə birgə Port Röyal kafesində naməlum şəxslər tərəfindən döyülüb.

Polisdən bildiriblər ki, K.Nəcəfov və onun dostu hadisə zamanı içkili olublar. Onlarla kafenin sahibi arasında mübahisə yaranıb. Sonradan mübahisə davaya çevrilib.

Kafe sahibi hadisə yerinə polis əməkdaşlarını çağırıb. Dava iştirakçılarını bölməyə dəvət edib izahatlarını alıblar. Sonradan onlar sərbəst buraxılıblar.(oxu.az)