Hadisə

Bakıda qadın ərini döydü — VİDEO

http://olke.az/uploads/1554272062/doyulme.jpg
 
Gecə paytaxtın Binə qəsəbəsi Südçülük sovxozu adlanan ərazisində qadın ərini döyüb.

Kanal14.az oxu.az-a istinadən məlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Qadın həyat yoldaşı, 1985-ci il təvəllüdlü Mirzəyev Zaur Camal oğluna xəsarət yetirib.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

 

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.