Hadisə

Bakıda iki avtomobil toqquşdu, 3 nəfər xəsarət aldı — FOTOLAR

http://olke.az/uploads/1551762619/qezaavtonesimi.jpg
 
Nəsimi rayonunda iki minik avtomobili toqquşub.

Hadisə gecə saatlarında Nəsimi rayonu ərazisində baş verib. Neftciler prospektində "Vaz 2107” markalı avtomobillə "Mercedes” markalı avtomobil toqquşub.

Zərbənin gücündən "Vaz 2107” markalı avtomobil tam yararsız hala düşüb. Hadisə zamanı 3 nəfər  müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.