Hadisə

Cəlilabadda kütləvi zəhərlənmə — 15 nəfər xəstəxanaya yerləşdirildi

http://olke.az/uploads/1551421925/xestexana.jpg
 
Ötən gün Cəlilabad rayonunda 15 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan 3 nəfərinin vəziyyəti orta-ağır olub.

"Digərləri ilkin tibbi yardımdan sonra evə buraxılıblar. Həmin 3 nəfərdən biri bu gün səhər saatlarında evə yazılıb. İlkin ehtimala görə, zəhərlənməyə səbəb təmizlik zamanı istifadə edilən kimyəvi maddə olub. Müraciət edənlərin hamısı hadisə baş verən marketin əməkdaşlarıdır”, - deyə nazirlikdən bildirilib.

 

Qeyd edək ki, Cəlilabad Rayon Prokurorluğu kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.