Hadisə

Biləsuvarda inzibati binada yanğın olub

Biləsuvarda yanğın baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, FHN-dən verilən məlumata əsasən, rayonda ikimərtəbəli inzibati binanın birinci mərtəbəsində ümumi sahəsi 36 m² olan otaqda 1 ədəd məişət avadanlığı yanıb.

 

Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb