Gündəm

MN: Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir

MN: Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır.

Kanal14.az bu barədə Müdafiə Nazirliyinə istinadən bildirir.

Xatırladırıq ki, Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.

Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir.