Gündəm / Hadisə

Karantində işləyən kafe aşkarlandı - Foto

Karantində işləyən kafe aşkarlandı

Paytaxtın Xətai rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe  aşkarlanıb. 

Kanal14.az "Qafqazinfo”a istinadən xəbər verir ki, Nobel prospektində "Günəş” kafesinin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. 

Ümumilikdə 5  nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kefenin icarədarı 2000 manat, digərləri 200 manat cərimə olunublar.