Gündəm / Səhiyyə

Koronavirusa yeni yoluxma yolu AŞKAR EDİLDİ

Koronavirusa yeni yoluxma yolu AŞKAR EDİLDİ

Alimlər koronavirusun yayılmasının daha bir yolunu aşkar ediblər.
Kanal14.az-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, bu barədə "Biorxiv.org" yazır.

Alimlərin araşdırmalarına əsasən, "COVID-19" gözyaşı mayesi vasitəsilə ötürülə bilər.

 

Belə ki, quruluş xüsusiyyətlərinə görə göz səthinin hüceyrələrinin infeksiya üçün bir növ "su anbarı" olduğu məlum olub. Yəni koronavirus göz hüceyrələrinə keçsə, görmə orqanı virusun daşıyıcısına çevrilir.

Beləliklə, xəstə infeksiyanı göz yaşları ilə ötürə bilər.

Qeyd olunur ki, burun-boğaz yolundan götürülən koronavirus testinin mənfi olduğu halda, gözün selikli qişasından götürülən test müsbət ola bilər./Big.az/