Gündəm

Virusla bağlı toplantı - Prezident ÇAĞIRIŞ ETDİ

Virusla bağlı toplantı - Prezident ÇAĞIRIŞ ETDİÇin Prezidenti Si Cinpin ölkədə yayılan yeni tip koronavirus (2019-nCoV) epidemiyasına qarşı mübarizənin gücləndirilməsi üçün çağırış edib.

Publika.az xəbər verir ki, bu barədə Çin Dövlət Televiziyası (CCTV) informasiya yayıb.

 

Bildirilib ki, Çin Kommunist Partiyasının 7 ali səlahiyyətli nümayəndəsindən ibarət Politbüro Daimi Komitəsi koronavirus epidemiyası gündəmi səbəbilə toplanıb.

Toplantıda 2019-nCoV epidemiyası ilə mübarizə üçün qurulan və Baş nazir Li Qıçanqın rəhbərlik etdiyi "Mərkəzi Hökumət Yeni Tip Koronavirusla Mübarizə İşçi Qrupu"nun fəaliyyətinə dair bilgilər alan prezident epidemiyanın qarşısının alınması üçün daha çox təşəbbüs göstərilməsini istəyib.

Qeyd edək ki, ötən ilin 12 dekabrında Uhan şəhərində ortaya çıxan 2019-nCoV epidemiyası 361 nəfərin ölümünə səbəb olub. 23 ölkədə 151 nəfərdə virusa rast gəlinib.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa görə qlobal fövqəladə vəziyyət elan edib.