Gündəm

Matvey Qanapolski: “Putin çox qan tökəcək, amma SSRİ-2-ni bərpa edə bilməyəcək”

 

Ukraynalı jurnalist, ictimai xadim Matvey Qanapolski maraqlı açıqlamalarla çıxış edib.

Kanal14 -nun rus mediasına istinadən xəbər verir ki, tanınmış ekspert Brexit haqqında danışarkən bunu birbaşa Putinlə əlaqələndirib.
O vurğulayıb ki, Brexit haqqında hekayə ümumiyyətlə, Brexit haqqında deyil, Putin haqqında bir tarixdir.

Jurnalist bir lətifə də misal çəkib: "Sovet vaxtlarında bir yəhudi dükana girir və soruşur: "Ət var? – yox. – Balıq var? – yox. Yəhudi başını bulayaraq deyir: "Aman Allahım! Bütün bunlar kimə mane olurdu?”

Matvey Qanapolski belə bir ritorik sualla fikrini belə əsaslandırıb: "Ukrayna öz Donbassı, Krımı ilə kimə mane olurdu?”

Öz mövqeyini daha sonra o, bu şəkildə davam etdirib: "İndi hamımız maraq içindəyik ki, Putin Belarusu Rusiyaya birləşdirə biləcəkmi, ya yox?! İndi sual edirəm – müstəqil Belarus kimə mane olur? Bəli, orada iqtisadi problemlər var, çünki Lukaşenkonun iqtisadi modeli çox pisdir və Rusiyaya həqiqətən çox borcu var. Ümumiyyətlə, bütün bunları kənara qoyaraq fikirləşirəm – bu kimləri narahat edir?

Matvey Qanapolski vurğulayıb ki, Putin təcili olaraq SSRİ-2-ni bərpa etmək istəyir. Jurnalist hesab edir ki, Putinin bu istəyə nail olacağı mümkün deyil. Çünki müstəqil Latviya, Litva və Estoniya dünyaya mane olmur. Necə ki ayrı bir Britaniya da indi heç kəsi narahat etməyəcək. Bəs bu, kimi narahat edir? Heç kimi. Bir nəfər var – yalnız Putini.

Matvey Qanapolski deyib ki, Putinin SSRİ-ni bərpa etmək istəyi onun 17-ci əsr adamı olduğunu nümayiş etdirir. Jurnalist vurğulayır ki, "SSRİ-nin dağılması ən böyük geosiyasi fəlakətdir”, – deyən Putin sadəcə qan tökəcək. Şünki bu adam bütün gücünü Sovet İttifaqının keçmiş dövlətlərini zorlamaq üçün xərcləyir. Ukrayna atalar sözündə olduğu kimi: "Yeməyəcəyəm, heç olmasa dişləyirəm”.

O, nə Belarusu, nə Ukraynanı, nə də Baltikyanı ölkələri heç vaxt almayacaq. Ancaq qan axıdacaq. Çox insan öləcək. Sonra işdən atılacaq, təqaüdə çıxacaq, kənara çəkiləcək və ölkənin bir yerində Xruşov üslubunda yaşayacaq və bütün bunların necə məhv edildiyini və yeni rəhbərliyin ona necə hörmətsiz baxacağını görəcək./turkustaninfo