Gündəm

Çindən 4 azərbaycanlı tələbə Bakıya gətirildi: karantində saxlanılırlar


 

 

Çindən 4 azərbaycanlı tələbə Bakıya gətirildi: karantində saxlanılırlar

"Çində olan 4 azərbaycanlı tələbə dünən gecə ölkəyə gətirilib”.
 
"Kanal14" bildirir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov bildirib.
 
O qeyd edib ki, tələbələrin digər insanlarla ünsiyyətdə olmaması üçün Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsinin xüsusi ayırdığı keçiddən keçiblər:
 
"Daha sonra həmin tələbələr bağlı (qapalı) olan bir tibb müəssisəsinə aparılıb. Onların valideynlərinə izah olunub ki, tələbələrdə hər hansı bir xəstəlik əlamətləri aşkar edilməyib. Tədbirlər ona görə görülür ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun inkubasiya müddətini 14 gün təyin edib. Yəni koronavirus 14 gün ərzində özünü biruzə verə bilər. Tələbələrin yerləşdirildiyi tibb müəssisəsində onlar üçün hər cür şərait yaradılıb. Bu barədə onların yaxınlarına da məlumat verilib ki, əgər 14 gün ərzində tələbələrin səhhətində hər hansı bir dəyişiklik olmasa, rahatca evlərinə yola salınacaqlar”. 
 
Pərviz Əbubəkirov bildirib ki, koronavirusla bağlı bu gün İşçi Qrupu yaradılıb. O deyib ki, İşçi Qrupuna Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) kimi qurumların nümayəndələri daxildir: "Bu qurumlar bir-birləri ilə əlaqəli işləyirlər”./AzerTaym.az