Gündəm

Bu stansiya yay aylarında istifadəyə veriləcək

Bu stansiya yay aylarında istifadəyə veriləcək

 

 

 

 

 

Bakı metropoliteninin "Cəfər Cabbarlı” stansiyasında təmir işləri yekunlaşmaq üzrədir. 

  Kanal14 xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

B.Məmmədov bildirib ki, hazırda stansiyada işlər davam etdirilir:

"Artıq stansiyasında memarlıq işlərinə başlanılıb. Platformanın mərmər-qranit örtükləri yenisi ilə əvəz olunur. Stansiya yolunun quraşdırılması işləri də artıq başlayıb. Köhnə yol demək olar ki sökülüb. Onu qeyd edim ki, "Cəfər Cabbarlı” stansiyasından "Xətai” stansiyasına gedən yol dəmir-beton konstruksiyalı olacaq. Stansiya yay aylarında istifadəyə veriləcək”.

Oxu.Az