Gündəm

Gömrük Komitəsi - ŞİRKƏTİ CƏRİMƏLƏYİB

Gömrük Komitəsi - ŞİRKƏTİ CƏRİMƏLƏYİB | FED.az
10:528 Yan 2020

Dövlət Gömrük Komitəsi "Boras” MMC barədə inzibati protokol tərtib edib.

 Kanal14 FED.az -a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin 1500 manat cərimə edilməsi barədə qərar çıxarıb.

Eləcə də bax: Yanvarın 1-dən tətbiq olunacaq - YENİ CƏRİMƏLƏR

Məhkəmə "Boras” MMC-ni İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə təqsirli bilib.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il qərarından "Boras” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "Boras” MMC polad armaturlar, borular və digər məhsulların topdan və pərakəndə satışını həyata keçirir. 

Report