Gündəm

Cəmil Həsənli Süleymaniyə görə Taleh Bağırzadəni TƏNQİD ETDİ

Cəmil Həsənli Süleymaniyə görə Taleh Bağırzadəni
"İranın İslam İnqilabı Keşikçiləri Korpusunun ölkə xaricində keçirilən gizli hərbi əməliyyatları icra edən xüsusi hərbi birləşməsinə başçılıq etmiş general Qasım Süleymaninin İraqda amerikalılar tərəfindən öldürülməsi ilə bağlı bizim sosial şəbəkədə gedən müzakirələr son dərəcə acınacaqlıdır”.

 Kanal14 xəbər verirki Demokrat.az-ın xəbərinə görə, bunu Milli Şuranın sədri Cəmil Həsənli deyib.

C.Həsənli bildirib ki, milləti bir birinə qarşı qoyan, ideoloji parçalanma yaradan ilk növbədə bilgisizlik, savadsızlıq və cəhalətdir: "General Süleymanınin ölümü ilə bağlı ölkəmizdə bir sıra dini təməyyüllü qurumların, hətta demokratik düşərgənin bəzi təmsilçilərinin açıqlamaları yüngül desək təəssüf doğurur. Müsəlman Birliyi Hərəkatının dəfələrlə ölkəmizi təhdid etmiş, Yaxın və Orta Şərqdə dövlət çevrilişlərində iştirak etmiş, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun 20 ildən artıqdır ölkə xaricində keçirilən gizli hərbi əməliyyatları icra edən xüsusi hərbi birləşməsinə başçılıq etmiş general Qasim Süleymanini,"dünya azadlıqsevərlərinin sevimlisi, müsəlmanların fəxri, məzlumların müdafiəçisi, zalımların qənimi” adlandırması məyusedici dəyərləndirmədir”.