Gündəm

Zelenski ölkənin önəmli qurumuna qadını rəhbər gətirdi

Zelenski ölkənin önəmli qurumuna qadını rəhbər gətirdi

Ukrayna Prezidenti Vladimir Zelenski Dövlət Kəşfiyyat Bürosunun direktoru Roman Trubanı vəzifəsindən azad edib.

"Qafqazinfo”nun "strana.ua” portalına istinadən verdiyi xəbərə görə, dövlət başçısının digər sərəncamı ilə bu posta müvəqqəti olaraq şöbə müdiri vəzifəsini icra edən İrina Venediktova təyin olunub.

Qeyd edək ki, Truba sabiq Prezident Petro Poroşenkonun müvafiq fərmanı ilə 2017-ci ilin noyabrında Dövlət Kəşfiyyat Bürosunun direktoru təyin edilmişdi.

 

Roman Truba

 

Venediktova Zelenskinin rəhbəri olduğu "Xalqın xidmətçisi” fraksiyasından millət vəkilidir və Ali Radanın Hüquq Siyasəti Komitəsinə rəhbərlik edir.