Gündəm

Xətai rayonunda top mərmiləri tapıldı - Foto

Xətai rayonunda top mərmiləri tapıldı - Foto
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 

Bakının Xətai rayonunda top mərmiləri tapılıb.

"Kanal14.az” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xətai rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.

Aşkar olunan sursata baxış zamanı müəyyən olunub ki, bu, döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli olan 4 ədəd top mərmisidir. Mərmilər ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə baxış zamanı digər şübhəli əşya aşkar edilməyib./Qafqazinfo