Gündəm

"Müşfiqin abidəsinin aşırılmasında qəribə heç nə yoxdur" — İcra hakimiyyətindən AÇIQLAMA

"Müşfiqin abidəsinin aşırılmasında qəribə heç nə yoxdur" — İcra hakimiyyətindən AÇIQLAMA
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
"Mikayıl Müşfiqin abidəsinin yerləşdirdiyi ərazidə abadlıq işləri aparılıb. Abidə də bu məqsədlə aşırılıb".
Bu fikirləri "Ölkə.Az"-a açıqlamasında Qaradağ rayon icra hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov Mikayıl Müşfiqin Müşfiqabad qəsəbəsindəki abidəsinin aşırılmasına münasibət bildirərkən səsləndirib. Şöbə müdiri qeyd edib ki, sözügedən büst sovet dövrünə aiddir:

"O heykəl, abidə yenidən harasa qoyulmayacaqsa, hansı yolla götürülməyinin nə önəmi var? Yəni, o abidəni aşırmaq da olar. Burada qəribə heç nə yoxdur. Çünki həmin büstün yerində müasir tələblərə cavab verən abidə hazırlanıb və alınan məlumata görə abidə qoyulub. Müşfiq bizim sevimli şairimizdir. Dəfələrlə Müşfiqin yubileyi ilə əlaqədar rayonumuzda tədbirlər keçirilib".
Qeyd edək ki, Mikayıl Müşfiqin Qaradağ rayonu ərazisindəki büstü traktorla aşırılıb. Sosial şəbəkədə paylaşılan görüntülər narazılığa səbəb olub.