Gündəm

Fuad Qəhrəmanlının məhkəməsinin vaxtı açıqlandı

Fuad Qəhrəmanlının məhkəməsinin vaxtı açıqlandı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Qəhrəmanlının (Zümrüd Yağmur) boşanma ilə bağlı iddia ərizəsi üzrə növbəti məhkəmə iclasının vaxtı açıqlanıb.

 

Kanal14.az Correct.az-a istinadən xəbər verir ki, Abşeron rayon Məhkəməsindən verilən məlumata görə, məhkəmə baxışı oktyabrın 10-na təyin olunub.

 

İşə hakim Elman Məmmədovun sədrliyi ilə baxılacaq.

 

Məlumata görə, sentyabrın 26-da cavabdeh Fuad Qəhrəmanlı və onun vəkili prosesdə uiştirak etməyib. Bu səbəbdən proses həmin gün baş tutmayıb və məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.

 

Həmin gün prosesdə iddiaçı Zümrüd Qəhrəmanlı iştirak etməsə də, onun vəkili Zibeydə Sadıqova məhkəməyə gəlib.

 

Qeyd edək ki, Zümrüd Qəhrəmanlı iddia ərizəsində nikahın pozulması, alimentin təyin edilməsi və yetkinlik yaşına çatmayan uşağının ona verilməsini tələb edib.

 

O, iddia ərizəsini bu ilin avqustun 1-də Abşeron rayon Məhkəməsinə təqdim edib.