Gündəm / Dünya

Zelenskinin oğlu birinci sinfə getdi

Zelenskinin oğlu birinci sinfə getdi
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Ukrayna Prezidenti Vladimir Zelenskinin 6 yaşlı oğlu Kirill birinci sinfə gedib.

Kanal14.az-ın xəbərinə görə, bu barədə ölkənin birinci xanımı Yelena Zelenskaya sosial şəbəkədə məlumat yayıb.

O, feysbuk hesabındakı paylaşımında bu günün ailəsi üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:

 

"Oğlumuz Kirill artıq birinci sinif şagirdidir. O, bu gün parta arxasında əyləşəcək, özünün ilk müəllimini və sinif yoldaşlarını görəcək. O, son 12 ildə dostluğun və məyusluğun nə olduğunu dərk edib. Həm də yaramaz olacaq, ilk səyahətlərini valideynlərsiz davam etdirəcək, daha mülayim xarakterli və məsuliyyətli olmağa başlayacaq. Kiril yalnız tədris planını öyrənməyəcək, həm də dəyişikliklərin baş tutacağı ölkədə yaşamağı öyrənəcək. Uşaqlar bizim gələcəyimizdir. Onlar sovet məhdudiyyətlərinin və mənasız əzbərləmənin nə olduğunu bilmirlər”, - deyə "First lady” yazıb.

Qeyd edək ki, V. Zelenskinin Aleksandra adlı 15 yaşlı qızı da var./Qafqazinfo