Gündəm

Ruhaninin eks-müşavirinə edam cəzası verildi

Ruhaninin eks-müşavirinə edam cəzası verildi
 
 
 
 
 
 
 
 

İran məhkəməsi həyat yoldaşı Mitra Nəcəfini qətlə yetirən Prezidenti Həsən Ruhaninin iqtisadi məsələlər üzrə eks-müşaviri, Tehranın sabiq meri Məhəmməd Əli Nəcəfiyə hökm oxuyub.

"Kanal14.az” "Tasnim” agentliyinə istinadən xəbər verir ki, Nəcəfi edam cəzasına məhkum edilib.

Məhkəmə nümayəndəsi Qolyam Hüseyn Əsmaəlinin sözlərinə görə, ona etdiyi qanunsuz hərəkətin ağırlığına bərabər cəza verilib.

 

Məhkəmənin qərarından 20 gün ərzində şikayət verilə bilər.

Xatırladaq ki, qətl hadisəsi bu ilin mayında baş verib. Siyasətçi 35 yaşlı arvadını paytaxtın siyasi elita nümayəndələrinin və yüksək vəzifəli məmurların yaşadıqları Saadət Abad rayonundakı evində öldürüb. Daha sonra o, hüquq-mühafizə orqanlarına təslim olub. 

67 yaşlı Nəcəfi polisə ifadəsində cinayət hadisəsini özünün törətdiyini açıqlayıb. O, həyat yoldaşı ilə mübahisə zamanı ona 5 dəfə atəş açdığını, güllələrdən ikisinin arvadına dəydiyini bildirib.