Gündəm

ABŞ İrana görə Qətərdəki bazasına yeni qırıcılar yerləşdirdi


ABŞ ilk dəfə olaraq Qətərdə yerləşən Əl-Udeyd aviabazasına beşinci nəsil "F-22" qırıcıları yerləşdirib.

Bu barədə Birləşmiş Ştatların Mərkəzi Komandanlığının Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayılıb.

Bildirilir ki, bu tip təyyarələr Amerika qüvvələrini qorumaq üçün orada saxlanılacaq.

"Report” xatırladır ki, Əl-Udeyd Amerikanın Yaxın Şərqdə bir neçə min hərbçisinin saxlanıldığı əsas bazasıdır.

Yeni təyyarələrin ora göndərilməsinin ABŞ-İran münasibətlərinin gərginləşməsi fonunda baş verdiyi bildirilir.