Gündəm

Dünya Azərbaycanlıları Platformu yaradıldı

Kamuoyuna Duyurulur!

Dəyərli Həmvətənlilərimiz!

Bizim öhdəmizdə böyük bir vəzifə var. 

Bizdən əvvəlki nəsil 101 il öncə yoxdan bir dövlət quraraq yoxdan bir bayraq, Müqəddəs bir ideal Rəmzi yaratdı. 

O Bayrağı min müşkülatla ucaldaraq dedi ki: BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!

"Dünya Azərbaycanlıları Platformununun (DAP)” yaradılmasını Xariçdə Yaşayan Azərbaycanlılarımıza 28 May tarixi gündə elan olunması, ən gözəl tarix olduğundan, bizlər də Dünya Azərbaycanlıları Platformunu (DAP-ı) Məhs bu səbəbdən, bu tarixdə elan etmək qərarina gəldik.

Dünya Azərbaycanlıları Platformu (DAP) 28 may 2019-cı ildə Türkiyənin fərqli şəhərlərində yaşayan Bir grup Azərbaycanlılar tərəfindən qurulmuşdur. Bu Platformu qurmaqda məqsədimiz, ilk öncə Türkiyə daha sonra isə dünyadakı Azərbaycanlılar arasında milli mənəvi birliyi gücləndirilmək, birlik olaraq həmyerlilərimizin problemlərini işıqlandırmaq və köməklik etmək, xaricdə təhsil almağa gedən Azərbaycanlı tələbələrə, akademik karyerasını davam etdirməyə çalışan alimlərə, iş qurmaq vəya hansısa yatırım etmək, investisiya qoymaq istəyən iş adamlarına, müalicəsi xaricdə olması gərəkən xəstələrə lazımı köməklik və dəstəyi göstərmək, Azərbaycan həqiqətlərini və Azərbaycanlıları dünyaya daha yaxşı və doğru bir şəkildə tanıtmağa çalışmaqdır.

Bildirmək istəyirik ki platformumuzun hər hansı Siyasi, İdeolojik və Dini təşkilat vəya qurumlarla bağlantısı və Azərbaycançılıqdan başqa bir görüşü yoxdur. Məqsədimiz sadəcə və sadəcə Xalqımıza, Millətimizə və Ölkəmizə ən yaxşısını etmək üçün çalışmaq və Xaricdə yaşayan həmyerlilərimizə lazımı dəstəyi və köməyi göstərmək, milli mənəvi birliyimizi daha da gücləndirməkdir.

Bütün soydaılarımız harada yaşamasından asılı olmayaraq, platforma üzv olub bu yolda bizlərin yanında yer alaraq, könüllü şəkildə bizimlə birlikdə fəaliyyət göstərərək kömək edə bilərlər. Bizlər ancaq birlik olaraq Ölkəmiz və Xalqımız üçün ən yaxşısını imkanlarımız daxilində yüksək səviyyədə yerinə yetirə bilərik.

Dünya Azərbaycanlıları Platformu (DAP) olaraq siz dəyərli soydaşlarımızı hansı ölkədə yaşamasından asılı olmayaraq ortaq çatıda birləşməyə çağırırıq.

Nəzərinizə çatdırmaq istərdik ki, 15 iyun milli qurtuluş günündə isə "Dünya Azərbaycanlıları Platformunun (DAP)” bütün qurucu və idari kadrosunu, Ölkələr ve Şəhərlər Üzərə təmsilçilərini elan edəcəyik.