Siyasət

Salzburq və Nijni Novqorodda Xocalı şəhidləri anıldı

http://olke.az/uploads/1551249003/cina.jpg
 
Fevralın 26-da Avstriya Respublikasının Salzburq şəhərində Avstriya Azərbaycanlıları Cəmiyyəti Xocalı soyqırımının il dönümünə həsr olunan anım tədbiri keçirilib.

Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verib.

Mərasimi açan Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov Azərbaycan xalqının tarixində ən faciəvi səhifələrdən biri olan Xocalı hadisələri barədə məlumat verib. Qeyd edilib ki, 27 il bundan öncə törədilmiş soyqırımına hələ də beynəlxalq hüquqi qiymət verilməyib. Fərid Əzizov tədbirin ərsəyə gəlməsində göstərdiyi əməkdaşlığa görə Salzburq Əlibəy Məscidi və Mədəniyyət Cəmiyyətinə və onun rəhbəri Cəfər Oruc bəyə tədbirin təşkilində göstərdiyi dəstəyə görə təşəkkür edib.

Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov çıxışında bildirib ki, törədilən bu cinayət bəşəriyyət tarixinin gördüyü ən utanc verici bir ləkədir. Tarix heç bir hadisəni unutmur və mən inanıram ki Azərbaycana qarşı törədilən bu cinayətə görə Ermənistan hakimiyyəti öz hüquqi cəzalarını alacaqlar. 
Tədbirdə iştirak edən qonaqlar erməni vandalizimizi qınayaraq bu hadisəni törədənlərin gec-tez insanlıq qarşısında cəzalandırılacaqlarını dilə gətirdilər.
Daha sonra Xocalı soyqırım qurbanlarının xatirəsinə Quran oxundu və ehsan paylandı. 

 

Daha bir tədbir isə fevaralın 26-da Rusiya Federasiyasının Nijni Novqorod şəhərində azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Məhəmməd Əhmədovun təşkilatçılığı ilə Xocalı soyqırımının 27 ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə çoxsaylı həmyerlilərimiz, xüsəsən də gənclər aktiv iştirak etmişlər. Tədbirə həmçinin Bakıdan millət vəkili Çingiz Qənizadə də qatılıb.

Tədbiri giriş nitqi ilə gənc fəal Rasim Quliyev açaraq,  1992-ci il Xocalı şəhərində baş verən qətliam barədə geniş məlumat verib. Daha sonra çıxış edən  millət vəkili Çingiz Qənizadə qətliam barədə daha ətraaflı məlumat vermiş, dövlətin və onun qurumlarının, ölkə başçısının Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülən tədbirlər barədə danışıb. Yerli Mədəni Muxtariyyətin sədri Məhəmməd Əhmədov, jurnalist Saleh Şükürlü və eləcə də digər tədbir iştirakçıları, ağsaqqallar çıxışlar edib, öz fikirlərini bildiriblər. Həmçinin Nijni Novqorod şəhərində yaşayan azərbaycanlılarının daha da təşkilatlandırılması, gələcəkdə görülən işlər müzakirə olunmuşdur. Təbirin sonunda şəhidlərə ehsan verilib, dualar oxunub.