Gündəm / Hadisə

ÇOBANLIQ ELƏDİYİ FERMADAN OĞURLUQ ETDİ

ÇOBANLIQ ELƏDİYİ  FERMADAN OĞURLUQ ETDİ
 
 
 
 
 
 
 
 
 
 
 
 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Kanal14.az-az verilən məlumata görə, Göyçay  Rayon Polis Şöbəsinə  müraciət edən şəhər sakini Rauf Rəfiyev mayın 5-də ona məxsus fermadan ümumi dəyəri 750 manat olan 4 baş xırdabuynuzlu  heyvanların naməlum  şəxs və ya şəxslər tərəfindən  oğurlanması  barədə məlumat verib. 

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R. Rəfiyevə məxsus rayonun Bığır kəndində yerləşən fermadan heyvanları oğurlayan şəxsin elə həmin təsərrüfatda çobanlıq edən Goranboy rayon sakini33 yaşlı  Ceyhun Həsənov olduğu müəyyən olunub və şübhəli şəxs qismində saxlanılıb.  

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır