Gündəm / Dünya

ABŞ bu sistemləri Türkiyəyə satmadı, amma... – 6 milyardlıq anlaşma

ABŞ hökuməti Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynə ümumi həcmi təxminən 6 milyard dollar olan silah satışına razılıq verib.

Kanal14.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) bağlı Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA) bu barədə Konqresi məlumatlandırıb.

Bəhreynə təklif edilən 2 milyard 478 milyon dollar həcmində silahlar arasında ABŞ-ın Türkiyəyə satmaqdan imtina etdiyi "Patriot” hava hücumundan müdafiə sistemləri var.

Paketə 36 ədəd "Patriot MIM-104E” tipli raketlər daxil edilib.

Habelə Bəhreynin "F-16” qırıcılarında istifadə etmək məqsədilə 750 milyon dollar dəyərində əlavə sistemlər alacağı bildirilib. Bu paketin içində isə 32 ədəd "AIM-9X” raketi, 20 ədəd "AGM-84 Block II Harpoon” raketi və 100 ədəd "GBU-39” sistemi yer alır.

BƏƏ üçün nəzərdə tutulmuş 2 milyard 730 milyon dollarlıq paketdə də "Patriot” sistemləri var.Teleqraf.com